29 noyabr 2011 13:38

Sergey Yuran: Əgər Neftçi Simurqu düzgünlüklə keçsə, onları təbrik edəcəm

“Simurq”un baş məşqçisi Sergey Yuran Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Neftçi” ilə oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“Mən deməzdim ki, bu oyuna hazırlığımız digərlərindən çox fərqlənir. Əlbəttə, kubok oyunları çempionat matçlarından çox fərqlidi. Xüsusilə də, psixoloji baxımdan. Uşaqları matçın hətta 120 dəqiqə davam etməsinə də kökləyirik. Hər şeyə hazır olmalıyıq. Penaltilər də istisna deyil. Amma ümid edirəm ki, əlavə vaxt olmayacaq və biz əsas vaxtda “Neftçi”ni mübarizədən kənarlaşdıra biləcəyik”.
 
Rusiyalı mütəxəssis bu oyunda “Neftçi”ni favorit hesab etmir: “Biz maksimum nəticəyə köklənmişik. Növbəti mərhələyə adlamaq şanslarının əllinin əlliyə olduğunu düşünürəm. Mən öz komandamı Azərbaycan kubokunun növbəti mərhələsində görmək istəyirəm. Bu turnirdə mümkün qədər irəli getməliyik”.

Zaqatala klubunun çalışdırıcısı bu oyunda hakimlikdən ehtiyatlandığını gizlətmir: “Bu oyunda iki amil öz sözünü deyə bilər. Bunlardan biri uğur, digəri hakimlikdi. Mən həm öz komandamın, həm də rəqibin oyununu analiz etmişəm. Hər oyunda səhvlər buraxırıq. Hakimliyə gəlincə, onların da səhvləri olur. “Neftçi”nin oyunlarında bu komandanın lehinə daha çox səhvlər olur. Əlbəttə, hakimlər də inşandılar, səhv edə bilərlər. Amma bu, hərdən tendensiya xarakteri alır. Feyr-pleyə ümid bəsləyirəm”.
 
Bütün bunlara baxmayaraq, Yuran PFL-ə müraciət etməyə hazırlaşmır: “Mənim işim komandanı çalışdırmaqdı. Qoy bununla PFl məşğul olsun. Mənim istəyim odu ki, bu görüşdə maksimum diqqətli olsunlar. Hakim səhvinə görə kubokdan kənarlaşsaq, çox üzüləcəm. Aydın məsələdi ki, “Neftçi” ənənələri olan superklubdu. Çoxları 1/4 finalda məhz onları görmək istəyirlər. Amma qoy onlar buna düzgün mübarizə ilə nail olsunlar. Əgər düzgünlüklə yensələr, onları təbrik edəcəm. Düzgün hakimlik təkcə mənə, “Simurq”a yox, həm də Azərbaycan futbolunun inkişafı üçün lazımdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.