29 noyabr 2011 14:23
Yığmamız Xorvatiya və İslandiya ilə eyni qrupda
Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 2012/2013-cü il mövsümünün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə Azərbaycan millisi də rəqiblərini tanıyıb.
Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 11-ci qrupda Xorvatiya, Gürcüstan və İslandiya komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2012-ci il oktyabrın 26-dan 31-dək Xorvatiyada keçiriləcək.
