29 noyabr 2011 15:36

Uinston Parks: Biz ikinci hissədə gücümüzü qorumağa çalışırıq

“Bakı”nın hücumçusu Uinston Parks azerisport.az saytına müsahibəsində Premyer Liqanın 14-cü turunun “Qəbələ” ilə oyunundan, eləcə də Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Rəvan”la sabahkı oyunundan danışıb.
 
- Qarşıda sizi “Rəvan”la çətin kubok sınağı gözləyir...
- Dəqiq bilirəm ki, çox çətin oyun olacaq. Çünki kubok və çempionat oyunları bir-birindən çox fərqlənirlər. Burda hər şeyə bir oyunun nəticəsi aydınlıq gətirir. “Rəvan” çox yaxşı komandadı. Özünüz də onların Premyer Liqadakı nəticələrini görürsüz. Rəqibimiz bizimlə oyunda sona kimi vuruşacaq. Əminəm ki, layiq olan qələbə qazanacaq.

- Kuboku çempionata qurban verməyi düşünmürsüz ki?
- Xeyr, heç bir qurban olmayacaq. Bizim hədəfimiz hər oyunda qələbə qazanmaqdı. Bu oyunun kubok və ya çempionata təsadüf etməsinin o qədər də fərqi yoxdu. Biz bu turnirlər arasında fərq qoymuruq.

- “Qəbələ” ilə oyunda vurduğunuz qolla artıq bombardirlərin yarışında da birinci oldunuz. Artıq formanızın pik həddinə çatdığınızı demək olar?
- Mən deməzdim ki, formamla bağlı hansısa problem vardı. Sadəcə, komandaya alışmaq lazım idi. “Bakı” mənim üçün yeni kollektivdi. Uyğunlaşmağa ehtiyac vardı. Komanda yoldaşlarımla heç də yaxşı anlaşa bilmədiyimdən, əvvəlcə problemlər olurdu. Məndən başqa da heyətdə yeni futbolçular çox idi və hamımıza zaman lazım idi. Artıq bütün komandanın oyununda irəliləyiş var.

- Ümumiyyətlə, “Qəbələ” ilə oyunu necə qiymətləndirərdiz?
- Gözəl oyun alındı. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Amma biz rəqibə nisbətən az da olsa, yaxşı təsir bağışladıq. Bizə 3 xal qazanmaq çox vacib idi. Hesab edirəm ki, bu qələbəyə layiq idik.
 
- Komandanız yenə ilk yarıda yaxşı oynasa da, fasilədən sonra tam əksi oldu...
- İlk 45 dəqiqədə biz rəqibə qol və qollar vurmağa çalışırıq. Əlbəttə, biz 90 dəqiqə boyunca mübarizə aparırıq. Sadəcə, ikinci hissədə gücümüzü də qorumağı unutmuruq. Hər halda əsas nəticədi.
 
- Son dövrlər Azərbaycanda havalar kəskin soyuyub. Siz isə vaxtilə Moskva “Lokomotiv”ində çıxış etdiyiniz üçün yəqin ki, buna alışmısız...
- Burda elədi ki, oyunqabağı məqşə çıxıb havaya, şəraitə uyğunlaşmaq olur. Orda hətta oyundan öncə məşq etmək də çətin idi. Həm də meydança buz bağladığından çox ağır olurdu. Amma bu, təəccüblü görünməməlidi. Hər halda iqliminə görə Bakı ilə Moksva çox fərqlənir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.