29 noyabr 2011 15:52
Zaur Ramazanov yenidən Xəzər Lənkərana döndü
“Xəzər Lənkəran”ın sabiq hücumçusu və kapitanı Zaur Ramazanov yenidən cənub klubuna qayıdıb. Azerisport.az xəbər verir ki, o, bu dəfə “ağ-yaşıllar”a başqa cür yardım etmək qərarına gəlib.
Belə ki, vaxtilə vurduğu qollarla “Xəzər Lənkəran”a uğur qazandıran Ramazanov bundan sonra cənub təmsilçisində məşqçi kimi fəaliyyət göstərəcək. Daha doğrusu, Zaur seleksiyaçı-məşqçi funksiyasını yerinə yetirəcək:
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov bu işi mənə təklif etdi. Mən də razı oldum. Yerli futbolçularla işləyəcəm. Əcnəbi futbolçularla maraqlanmaq mənim səlahiyyətlərim daxilində deyil. Mənim işim ancaq yerli və perspektivli uşaqları komandamıza cəlb etməkdən ibarət olacaq”.