29 noyabr 2011 16:21

Aslan Kərimov: Bu, qürurvericidi

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın tarixində ən unudulmaz simalardan olan Aslan Kərimov rəsmən futbolla vidalaşır. Azerisport.az xəbər verir ki, 38 yaşlı müdafiəçi “Qarabağ”ın heyətində 346 oyuna çıxmaqla, böyük nailliyyət əldə edib. O, demək olar ki, “Qarabağ”ın heyətində bütün mümkün titullara sahib çıxıb.
 
“Qarabağ”ı 118 oyunda kapitan kimi meydana çıxaran Aslan burda 13 mövsüm keçirib. “Qarabağ”ın qazandığı bütün uğurlarda onun ismi var. “Qarabağ”ın qazandığı bütün titullarda (2 qat Azərbaycan çempionu, 3 qat ölkə kubokunun sahibi olub) heyətdə olub. Eyni zamanda Aslan hələ də millidə ən çox oynamış futbolçu statusunu özündə saxlayır.
 
Sabah isə Kərimov hazırda məşqçi kimi çalışdığı “Sumqayıt Şəhər”lə “Qarabağ” arasında baş tutacaq kubok oyununda futbolla rəsmən vidalaşacaq. Aslan Ağdam klubunun rəsmi saytına verdiyi açıqlamada bu barədə danışıb:
 
“Hər başlanğıcın bir sonu olur. Futbolçu həyatı əbədi deyil, bir gün karyerana son qoymaq lazım gəldiyini bilirsən. Düzdü, bəzən bunu qəbul etmək çətindi. Təbii ki, başqa klublarda da çıxış etmişəm, legioner kimi də  oynamışam, amma “Qarabağ” mənim üçün bir başqa olub. Hamı məni “Qarabağ”lı Aslan kimi tanıyır. Futbolla vidalaşmaq ağır olsa da, bununla barışmaq lazımdı. Geriyə boylandığım zaman heç bir şeyə görə peşman deyiləm. “Qarabağ” kimi tarixi bir rəmzin parçası olmaq qürurvericidi. İnşallah, gələcəkdə futbolçu kimi öyrəndiklərimi məşqçi kimi tətbiq etmək istəyirəm”.
 
Aslan Kərimovun “Qarabağ”da...
 
...ilk oyunu:
28.02.1993. Qarabağ – Azəri – 2:0 (90 dəqiqə)
 
...son oyunu:
28.11.2010. Qarabağ – Neftçi – 0:1. (80-ci dəqiqədə meydana daxil olub)
 
...ilk qolu:
18.03.2003. Qaranağ – Şəmkir – 2:0 (39-cu dəqiqədə matçda ikinci qol)
 
...uğurları: Çempion (1993 ,1996/97), gümüş mükafatçı (1993/94), bürünc mükafatçı (2003/04, 2009/10, 2010/11), Kubokun qalibi (1993, 2005/06, 2008/09), finalçısı (1995/96)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.