29 noyabr 2011 17:32
İnter Şəfanı AFFA-dan alır
Xəbər verdiyimiz kimi, sabah AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, komitənin gündəliyində duran iki əsas məsələdən biri "Şəfa" stadionunun taleyidi.
Belə ki, İcraiyyət Komitəsi "İnter"in "Şəfa" ilə bağlı müraciətinə baxacaq. Məsələ burasındadı ki, bank klubu icarə əsasında yararlandığı stadionu birdəfəlik almaq istəyir.
Məlumata görə, İcraiyyə Komitəsi "İnter"in müraciətinə müsbət cavab verib, stadionun satılması barədə qərar qəbul edəcək. Qeyd edək ki, "İnter" bu stadionu 15 illik icarəyə götürmüşdü.
