2 dekabr 2011 01:58

Beşiktaş Maccabini səfərdə yendi (YENİLƏNİB)

UEFA Avropa Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turun oyunları iki günə paylaşıb.

Belə ki, ilk oyun günündə A, B, C, G, H və I qruplarının oyunları baş tutub. Bu qruplarda bəzi görüşlər xüsusi maraqla gözlənilirdi. Məsələn, “Tottenham” – PAOK matçı zirvə mücadiləsi baxımından mühüm əhəmiyyətə malik idi. Nə qədər gözlənilməz olsa da, İngiltərə klubu doğma meydanda keçirdiyi oyunda rəqibinə məğlub olaraq qrup üçüncülüyündə qalıb. PAOK isə növbəti mərhələyə vəsiqəni təmin edib. “Standard” – “Hannover” matçı da prinsipial əhəmiyyət daşıyırdı. Bu görüşdə də Almaniya təmsilçisi məğlubiyyətlə hamını təəccübləndirib. Amma qrupdakı digər oyunun heç-heçə bitməsi bu iki klubu növbəti mərhələyə çıxarıb.
 
“Legia” evdə PSV ilə dueldə darmadağınla üzləşib. Amma bu qrupda da digər oyunun nəticəsi bu iki klubun pley-offa vəsiqəni rəsmiləşdirməsi üçün yetərli olub. “Braga” “Birmingham” üzərində minimal hesablı qələbə ilə şansını yaxşılaşıdırıb. Bu qrupun digər matçında isə "Brugge" səfərdə "Maribor"a son dəqiqələrdə vurduğu 4 qolla əsl əzmkarlıq göstərib. “Celtic” – “Atletico” matçında türkiyəli futbolçu Arda Turanın vurduğu möhtəşəm qol yeganə olub. Nəticədə, İspaniya klubu pley-offa vəsiqəni rəsmiləşdirib. “Rennes” – “Udinese” görüşündə isə hesab açılmayıb.
 
Qalan altı qrupun görüşləri isə ikinci oyun gününə təsadüf edib. Bu gün azərbaycanlı futbolsevərlərin diqqəti daha çox qardaş Türkiyənin Avroliqadakı yeganə təmsilçisi “Beşiktaş”a yönəlmişdi. Türkiyə ilə heç də isti münasibətlərə malik olmayan İsrailin “Maccabi” (Təl-Əviv) klubu ilə səfər matçı “Beşiktaş” üçün çox mühüm əhəmiyyət kəsb edirdi. Qardaş ölkə təmsilçisi kifayət qədər prinsipiallığa malik bu görüşdə həm də növbəti mərhələyə vəsiqə qazanmaq üçün qələbə qazanmağa borcluydu. Görüş gözlənildiyi kimi çox maraqlı və məhsuldar alınıb. Türklər qələbəni son dəqiqələrdə vurulan qolla təmin ediblər. Elə bu qrupun digər matçı – “Stoke City” – “Dinamo” görüşü də az maraq doğurmurdu. Bu görüşdə də hesabı qonaqlar açmasına rəğmən, sonradan meydan sahibləri məğlubiyyətdən yaxa qurtara biliblər. Nəticədə ingilislər artıq növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər. "Beşiktaş" isə son turda ya mütləq qələbə qazanmalı, ya da "Dinamo"nun xal itkisinə ümid bəsləməlidi.
 
Bundan əlavə gecənin daha bir neçə oyunu xüsusi maraqla gözlənilirdi. “Vaslui” – “Lazio” görüşündə hesab açılmayıb. "Sporting" isə növbəti qələbə ilə qrupdakı ilk yerini daha da möhkəmləndirib. “Salzburg” PSG üzərində qələbəyə sevinib və ikinci olub. "Athletic" isə qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib. “Schalke” “Steaua"nı çətinliklə yenərək, pley-offa vəsiqəni təmin edib. “Twente” “Fulham” üzərində qələbəyə və vəsiqəyə sevinib. “Lokomotiv” isə bunu “Sturm Graz” üzərindəki qələbə ilə təmin edib.
 
Avropa Liqası
30 noyabr
 
A qrupu
 
Rubin (Rusiya) - Shamrock Rovers (İrlandiya) - 4:1 (2:1)
Qollar: Valdes, 9; 51, Natço, 36, Martins, 62 - Oman, 11.
 
Tottenham (İngiltərə) - PAOK (Yunanıstan) - 1:2 (1:2)
Qollar: Modriç, 38-pen - Salpingidis, 5, Atanasiadis, 13.
 
PAOK 5 3 2 0 9 5 11
Rubin 5 3 1 1 10 4 10
Tottenham 5 2 1 2 5 4 7
Shamrock Rovers 5 0 0 5 4 15 0
 
B qrupu

Standard (Belçika) – Hannover (Almaniya) - 2:0 (1:0)
Qollar: Tçite, 25, Kiryas, 59.
 
Vorskla (Ukrayna) – Copenhagen (Danimarka) - 1:1 (1:1)
Qollar: Ndoye, 30-öz qapısına - Ndoye, 37.
 
Standard 5 3 2 0 8 1 11
Hannover 5 2 2 1 6 6 8
Copenhagen 5 1 2 2 5 8 5
Vorskla 5 0 2 3 3 7 2
 
C qrupu
 
Legia (Polşa) - PSV (Hollandiya) - 0:3 (0:1)
Qollar: Zevlyakov, 32-öz qapısına, Mertens, 59-pen, Labyad, 68.
 
Rapid (Rumıniya) - Hapoel (Təl-Əviv, İsrail) - 1:3 (1:3)
Qollar: Diç, 42-pen - İgiebor, 12, Tamuz, 39-pen, Toama, 45+1.
 
PSV 5 4 1 0 11 4 10
Legia 5 3 0 2 7 7 9
Hapoel T 5 1 1 3 8 9 4
Rapid 5 1 0 4 4 10 3
 
G qrupu
 
Malmo (İsveç) – Alkmaar (Hollandiya) - 0:0 (0:0)
 
Metallist (Xarkov, Ukrayna) - Austria (Avstriya) - 4:1 (2:1)
Qollar: Devis, 17, Edmar, 40, Queye, 61, Sosa, 90 - Mader, 20.
 
Metallist 5 4 1 0 14 5 13
AZ Alkmaar 5 1 4 0 9 6 7
Austria 5 1 2 2 8 11 5
Malmo 5 0 1 4 4 13 1
 
H qrupu

Braga (Portuqaliya) – Birmingham (İngiltərə) - 1:0 (0:0)
Qol: Hüqo Vyana, 52.
Matçın 11-ci dəqiqəsində qonaqların oyunçusu Jiqiç penaltidən yararlana bilməyib
 
Maribor (Sloveniya) – Brugge (Belçika) - 3:4 (1:0)
Qollar: Volaş, 10; 68, Donk, 51-öz qapısına - Dirar, 74; 77, Akpala, 82, Donk, 90.
 
Brugge 5 3 1 1 11 8 10
Braga 5 3 1 1 11 5 10
Birmingham City 5 2 1 2 7 8 7
Maribor 5 0 1 4 6 14 1
 
I qrupu

Celtic (Şotlandiya) - Atletico (İspaniya) - 0:1 (0:1)
Qol: Arda Turan, 31.
 
Rennes (Fransa) – Udinese (İtaliya) - 0:0 (0:0)
 
Atletico 5 3 1 1 8 3 10
Udinese 5 2 2 1 5 6 8
Celtic 5 1 2 2 5 6 5
Rennes 5 0 3 2 4 7 3
 
1 dekabr
 
D qrupu

Vaslui (Rumıniya) – Lazio (İtaliya) - 0:0 (0:0)
 
Sporting (Portuqaliya) – Zurich (İsveçrə) - 2:0 (1:0)
Qollar: Volksvinkel, 15, Bojinov, 58.
 
Sporting 5 4 0 1 8 2 12
Vaslui 5 1 3 1 5 6 6
Lazio 5 1 3 1 5 5 6
Zurich 5 0 2 3 3 8 2
 
E qrupu

Maccabi (Təl-Əviv, İsrail) – Beşiktaş (Türkiyə) - 2:3 (0:1)
Qollar: Yeini, 59, Loqasi, 70 - Kuaresma, 45+2; 90+3, İ.Toraman, 47.
 
Stoke City (İngiltərə) - Dinamo (Kiyev, Ukrayna) - 1:1 (0:1)
Qollar: Yones, 81 - Apson, 27-öz qapısına.
 
Stoke City 5 3 2 0 9 4 11
Beşiktaş 5 3 0 2 10 4 9
Dinamo K 5 1 3 1 4 4 6
Maccabi T 5 0 1 4 5 14 1
 
F qrupu

Athletic (İspaniya) - Slovan (Slovakiya) - 2:1 (1:1)
Qollar: De Markos, 15, Susaeta, 75 - Şebo, 39.
 
Salzburg (İsveçrə) – PSG (Fransa) - 2:0 (1:0)
Qollar: Yantşer, 20, Şvento, 90+4.
 
Athletic 5 4 1 0 9 4 13
Salzburg 5 2 1 2 8 6 7
PSG 5 2 1 2 4 5 7
Slovan 5 0 1 4 2 8 1
 
J qrupu

AEK (Kipr) - Maccabi (Hayfa, İsrail) - 2:1 (1:0)
Qollar: Qarsiya, 14, Pintado, 51 - Buljat, 75.
 
Schalke (Almaniya) - Steaua (Rumıniya) - 2:1 (1:1)
Qollar: Papodopulos, 25, Qonsales, 57 - Rusesku, 33.
 
Schalke 5 3 2 0 10 2 11
Maccabi Haifa 5 2 0 3 10 9 6
Steaua Bucharest 5 1 2 2 6 10 5
AEK Larnaca 5 1 2 2 3 8 5
 
K qrupu

Twente (Hollandiya) – Fulham (İngiltərə) - 1:0 (0:0)
Qol: Yanko, 89.
 
Odense (Danimarka) - Wisla (Polşa) - 1:2 (0:2)
Qollar: Falk, 52 - Biton, 20, Baleçki, 28.
 
Twente 5 4 1 0 13 5 13
Fulham 5 2 1 2 7 4 7
Wisla 5 2 0 3 6 12 6
Odense 5 1 0 4 7 12 3
 
L qrupu
 
Lokomotiv (Moskva, Rusiya) - Sturm Graz (Avstriya) - 3:1 (0:0)
Qollar: Maykon, 62, Sıçev, 72-pen, Qluşakov, 89 - Kayns, 64.
 
AEK (Yunanıstan) – Anderlecht (Belçika) - 1:2 (1:0)
Qollar: Syalmas, 19 - Gillet, 4; 36.
 
Anderlecht 5 5 0 0 13 2 15
Lokomotiv M 5 4 0 1 11 6 12
Sturm Graz 5 1 0 4 4 11 3
AEK 5 0 0 5 5 14 0

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.