29 noyabr 2011 18:54
Quti karyerasını başa vurdu
İspaniya milli komandasının və Madrid “Real”ının sabiq futbolçusu Quti karyerasını başa vurduğunu elan edib. Azerisport.az xəbər verir ki, , noyabrın 14-də Türkiyə “Beşiktaş”ı ilə müqaviləsi qarşılıqlı razılıq əsasında pozulduqdan sonra 35 yaşlı hücumçu belə qərar qəbul edib.
Hazırda İspaniyada olan Quti gələcəkdə vaxtının çox hissəsini ailəsinə sərf edərək həyatdan zövq almaqda davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, Quti “Real”ın yetirməsidir. 1995-ci ildə “kral klubu”nun əsas komandasında debüt edən Quti 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqasını qazanıb. O, 2010-cu ilin yayında “Beşiktaş”a keçib. 1998 – 2008-ci illərdə İspaniya yığmasında çıxış etmiş Quti 3 qol vurub. Lakin o, Avropa və dünya çempionatlarının final mərhələlərinə aparılmayıb.
