30 noyabr 2011 18:30
İnter - Turan oyunu yarımçıq qaldı, iddialılar sürprizə imkan vermədi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət olacaq bu mərhələdəki mübarizə zamanı 8 ən güclü klub yoluna davam etmək hüququna yiyələnib.
Qeyd edək ki, bu mərhələdəki oyunlar arasında bəziləri daha maraqla gözlənilirdi. Məsələn, hər ikisi Premyer Liqada mübarizə aparan “Simurq”la “Neftçi” bir-biri ilə üz-üzə gəldi. İki qırmızı vərəqənin qeydə alındığı görüşdə son ölkə çempionu çətinliklə də olsa, növbəti mərhələyə adlaya bildi. “Bakı” – “Rəvan” görüşü də xüsusi diqqət mərkəzindəydi. Bu görüşdə də qalib yalnız oyunsonrası penaltilərlə müəyyənləşdi. “Qarabağ” “Sumqayıt Şəhər”i qəbul edib və çempionatda onlar üçün əsl başağrıya çevrilən bu rəqibini darmadağınla keçib. Premyer Liqa klublarının iştirakıyla baş tutan digər 1/8 final mücadiləsi “İnter” və “Turan” arasında keçirilib. Lakin bu görüşdə qalmaqal yarandığından, başa çatmayıb. Bu haqda əlavə məlumat verəcəyik.
Qalan cütlərdə isə Premyer Liqa klubları birinci divizion təmsilçiləri ilə üz-üzə gəliblər. Gözlənildiyi kimi, “Xəzər Lənkəran” “Qaradağ Lökbatan”ı, “Kəpəz” “Bakılı”nı, AZAL “Şahdağ”ı, “Qəbələ” isə “Neftçala”nı asanlıqla mübarizədən kənarlaşdırıb.
Azərbaycan kuboku
1/8 final
30 noyabr (çərşənbə)
XƏZƏR LƏNKƏRAN – QARADAĞ LÖKBATAN - 3:0 (2:0)
Qollar: Katalin Doman, 24 (1:0), Branimir Subaşiç, 30 (2:0), Katalin Doman, 90 (3:0)
Qırmızı vərəqə: Bayram Kərimov, 64 (QL).
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Coşqun Həsənov, Ramil Əhmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
KƏPƏZ – BAKILI - 2:0 (0:0)
Qollar: Ceyhun Sultanov, 47 (1:0), Ceyhun Sultanov, 64 (2:0)
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Əli Məmmədov, Anar Göyçayski.
Gəncə. Şəhər stadionu.
QƏBƏLƏ – NEFTÇALA - 3:0 (1:0)
Qollar: S.Cehua, 1-pen. (1:0), S.Cehua, 56 (2:0), Saşa Yunisoğlu, 73 (3:0)
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Ruslan Quliyev, Teymur Fərhadov.
Qəbələ. Şəhər stadionu.
QARABAĞ – SUMQAYIT ŞƏHƏR - 3:0 (3:0)
Qollar: Bəxtiyar Soltanov, 19 (1:0), Əfran İsmayılov, 24 (2:0), Leonardo Roşa, 40 (3:0)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu.
BAKI – RƏVAN - 0:0 (əlavə vaxt - 0:0, penaltilərlə - 3:2)
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Vaqif Musayev, Anar Salmanov.
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu (təbii örtüklü).
AZAL – ŞAHDAĞ - 2:0 (0:0)
Qollar: Zohair Benuahi, 65 (1:0), Nuqzar Kvirtiya, 90 (2:0)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Mirzə Fərzəliyev, Elnur Muradov.
Bakı. AZAL Arena.
SİMURQ – NEFTÇİ - 0:1 (0:1)
Qol: Bahodir Nasimov, 22 (0:1)
Qırmızı vərəqə: Flavinyo, 30 (N), V.Yanotovski, 82 (S)
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Elşən Acalov, Əliyar Ağayev.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
İNTER – TURAN - 2:0 (matç başa çatmayıb)
Qollar: Baçano Tsxadadze, 7 (1:0), A.Mirili, 44 (2:0)
Hakimlər: Fuad Həsənov, Elman Musayev, Yaşar Abbasov, Fariz Yusifov.
Bakı. “Şəfa” stadionu.
