29 noyabr 2011 11:27
Mahir Şükürov: Məndə dopinq tapılmasına sevinənlər də var
“Qəbələ”nin yarımmüdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində üzləşdiyi dopinq qalmaqalından, klubunun oyunundan və Azərbaycan yığmasından danışıb.
- Bir müddət öncə futbol ictimaiyyəti sizdən götürülən dopinq-testin müsbət olması xəbəri ilə şoka düşdü. UEFA-dan xəbər yoxdu?
- Hələ yox. Gözləyirəm. Dekabrın 5-də hər şey aydınlaşmalıdı.
- Nə qərar gözləyirsiz?
- Gözləyirəm ki, məni bağışlasınlar. Uzağı pul cəriməsi və 3 aylıq diskvalifikasiya olsun. Artıq bir aya yaxındı oynamıram. Cəzamın da müəyyən qismini ödəmiş kimiyəm.
- Gözləyirəm ki, məni bağışlasınlar. Uzağı pul cəriməsi və 3 aylıq diskvalifikasiya olsun. Artıq bir aya yaxındı oynamıram. Cəzamın da müəyyən qismini ödəmiş kimiyəm.
- Bəs uzun müddətli cəza olsa?
- Buna inanmıram. Mən elə cəzalanacaq heç nə etməmişəm. İnanmayacaqsız, amma futbolumuzda elə adamlar var ki, buna sevinirlər. Amma məndə hər şey yaxşı olacaq. “Anji”ni tərk edəndə də yarım il futbol oynamadım. Çoxları düşünürdü ki, daha mən oyuna qayıtmayacağam. Amma hər şey fərqli alındı. Belçika ilə oyunda qol ötürməsi etdim, Qazaxıstana qol vurdum, tam əksini göstərdim.
- Buna inanmıram. Mən elə cəzalanacaq heç nə etməmişəm. İnanmayacaqsız, amma futbolumuzda elə adamlar var ki, buna sevinirlər. Amma məndə hər şey yaxşı olacaq. “Anji”ni tərk edəndə də yarım il futbol oynamadım. Çoxları düşünürdü ki, daha mən oyuna qayıtmayacağam. Amma hər şey fərqli alındı. Belçika ilə oyunda qol ötürməsi etdim, Qazaxıstana qol vurdum, tam əksini göstərdim.
- Bəs Türkiyə ilə oyundan sonra nə baş verdi?
- Dopinq-testə Ufuk Budak getməliydi. Elə alındı ki, o, zədə aldığı üçün Ruslan Abışovla mən getməli oldum. Bir saata yaxın yoxlama apardılar. Sonda məlum oldu ki, heç də hər şey sakit deyil.
- Məlumat var idi ki, hətta Berti Foqts da sizə kömək etməyə çalışır...
- Mən istəməzdim bu məlumat yayılsın. Ailədə baş verən daxildə qalmalıdı. Amma bəzi adamlar var ki, bunda maraqlı oldular. Foqts hər bir yetirməsinə kömək etməyə hazırdı. O, həqiqətən də köməyini təklif etmişdi. Hər halda o da mənim meydanda olmağımı çox istəyir.
- Kənardan “Qəbələ”yə baxmaq necədi?
- Bu, mənim üçün çox çətindi. Belə çətin anda komandama kömək edə bilməmək üzücüdü. Hətta klubda məni dəstəkləsələr də. Komandamız ilk altılıqdan kənarda olsa da, bunu müvəqqəti sayıram. İnanmıram ki, “Qəbələ” əsas mübarizədən kənar qala. Hər halda son dəyişikliklər bəhrəsini verməlidi. Əlbəttə, Fatih Kavlak yaxşı komanda yaratdı və “Neftçi”ni məğlub etdi. Amma “Bakı” ilə oyunda pis oynadıq və məğlub olduq.
- Toni Adamsla yaxşı münasibətləriniz vardı. Onun istefasını necə qəbul etdiniz?
- Gözləmirdim. Məni komandaya o dəvət etmişdi. Kapitan sarğısını etibar etdi. Bu mütəxəssislə işləmək çox xoş idi. Hər halda inanıram ki, klubumuzun strukturunda qalacaq. Onun burdakı işinin uğursuz alındığını düşünmürəm. Adams “Qəbələ” üçün çox iş gördü. Şəraitin yaradılmasında öz köməyini əsirgəmədi.
- Yığma komandamızın DÇ-2014-ün seçmə mərhələsindəki oyunlarının təqvim müəyyənləşdi. Sizin fikirlərinizi bilmək maraqlı olardı...
- Təqvimi bizim üçün ideal hesab etmək olmaz. Amma uğursuz da deyil. Bizim problemimiz ondadı ki, səfər oyunlarında xal toplaya bilmirik. Tsiklin əvvəlində bu stereotipi dağıtmaq üçün şansımız olacaq. İsrail zəif komanda deyil. Amma ilk oyunda onları məğlub da edə bilərik. Ondan sonra yaxşı əhval-ruhiyyə ilə Portuqaliyaya gedə bilərik. Üçüncü oyunumuz Rusiyaya qarsıdı. Rusiya ilə son oyunumuz zamanı onların bizə xal bağışladığını deyənlər vardı. Şimali İrlandiya ilə oyunda da xal toplaya bilərik. Sonda nə qədər olacağını özünüz hesablayın (gülür).
