29 noyabr 2011 12:26
Berti Foqtsun köməkçisi Kəpəzdə!
Futbol üzrə Azərbaycan yığmasında baş məşqçi Berti Foqtsun köməkçilərindən olan Faiq Əzizov bundan sonra həm də “Kəpəz”də işləyəcək. Azerisport.az xəbər verir ki, Əzizov əsas millimizdə olduğu kimi, bölgə klubunda da qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Əzizovu “Kəpəz”ə bu komandanın yeni baş məşqçisi Mirbağır İsayev dəvət edib. İsayevin Gəncə təmsliçisindəki digər köməkçiləri isə Ceyhun Tanrıverdiyevlə Rüfət Quliyev olub.
