29 noyabr 2011 00:35
Nazim Süleymanov: Milli növbəti tsiklə qələbə ilə başlaya bilər
AZAL-ın sabiq baş məşqçisi Nazim Süleymanov futbol üzrə Azərbaycan yığmasının da yer aldığı DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun təqvimini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
- Əslində hər şey bizim özümüzdən asılıdı. Əgər ilk oyunumuzu İsrailə qarşı evdə keçirməli olmuşuqsa, deməli öz futbolumuzu sərgiləməli, müsbət nəticə haqda düşünməliyik. Hətta tsiklə qələbə ilə də başlaya bilərik. Onsuz da ilk rəqibin kim olmasının o qədər də fərqi yoxdu. Çünki Avropanın bütün yığmaları güclüdülər. İsrail yığması da şübhəsiz ki, yaxşı komandadı. Buna baxmayaraq, onlarla oynamaq olar. İlk oyunun evdə keçirilməsi bizim üçün əsas üstünlükdü.

- İsraillə görüşdən cəmi bir neçə gün sonra səfərdə Portuqaliya ilə görüşməliyik...
- Portuqaliya çox güclü komandadı. Amma bu, o demək deyil ki, biz onlara qarşı oynamamalıyıq. Əksinə, mübarizə aparmaq lazımdı. Hər tsikldə yığmamız qitənin ən güclülərindən biri ilə üz-üzə gəlir. Məhz belə komandalarla oyunlarda özümüzü göstərməli, təcrübə yığmalıyıq.
- Son tsikldə 7 xal toplasaq da, yığmamızın kapitanı Rəşad Sadıqov bu dəfə 12 xal toplamağın mümkün olduğunu deyir. Bəs siz necə hesab edirsiz?
- Məncə, indidən nə qədər xal toplayacağımızı hesablamaq düz olmazıd. Çünki ötən tsikldə biz Qazaxıstanı səfərdə də yenəcəyimizi düşünürdük. Amma heç xal da ala bilmədik. Yəni xal qazanmaq istəyiriksə, hər bir komanda ilə oyuna xüsusi hazırlaşmaq lazımdı.

- İlk oyunlarımızın ən güclülərə qarşı olması yaxşı, yoxsa mənfi haldı?
- Biz onsuz da onlarla nə vaxtsa oynamalıyıq. Qoy ilk oyunlar səfərdə olsun. Amma bütün rəqiblərimizlə ev oyunlarında müsbət nəticəyə oynamaq olar. Ən azı 35 minlik azarkeşin dəstəyi öz sözünü deməlidi. Bu mənada azarkeşlərimiz 12-ci oyunçu olmalıdılar.

- Azərbaycan üçün evdə xal alması real görünən rəqiblər – Lüksemburq və Şimali İrlandiya ilə ilk oyunlarımız da səfərdə olacaq. Bunu necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, bu rəqiblərdən səfərdə də xal almaq olar. Niyə də olmasın? Yaxşı şeylər düşünüb, futbolçularımızı da buna kökləməliyik.

- Portuqaliya ilə 1999-cu ildə Bakıda nail olduğumuz heç-heçənin təkrarlanması mümkündümü?
- Futbolçuları hər oyuna yalnız fiziki yox, həm də psixoloji cəhətdən xüsusi hazırlamaq lazımdı. Bunu sadəcə demək yox, hiss etdirmək lazımdı.