29 noyabr 2011 12:52
Azarkeşləri Qarabağ və Simurqu ziyana saldı
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Simurq”– “Xəzər Lənkəran” matçının 80-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Katalin Doman kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
“İnter”– AZAL matçında AZAL-ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qarabağ”– “Neftçi” matçının 70-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
