30 noyabr 2011 13:28
FİFA-nın saytında DÇ ilə bağlı növbəti xəbər
Xəbər verdiyimiz kimi, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində keçirilən "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində quraşdırılmış FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin ekspozisiyası ilə tanış olmuş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin start sayğacını işə salmışdı. Azerisport.az xəbər verir ki, FİFA-nın rəsmi saytında fəaliyyət göstərən FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin xüsusi səhifəsində də bununla bağlı yazı yerləşdirilib.
