30 noyabr 2011 02:00
Chelsea İngiltərə kubokundan kənarlaşdırıldı (YENİLƏNİR)
İngiltərə Liqa kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, görüşlərdən üçü ilk oyun günündə baş tutub.
“Cardiff City” – “Blackburn” cütündə nə qədər qəribə görünsə də, aşağı divizion təmsilçisi qələbəyə sevinib. Belə ki, meydan amilindən maksimum yararlanan kardiflilər Premyer Liqa təmsilçisi olan “Blackburn”ə əsl şok yaşadıblar.
“Chelsea” “Liverpool” ilə münasibətlərinə aydınlıq gətirib. Görüşün əvvəlində penalti vurmaq şansını qaçıran “qırmızılar” sonradan iki cavabsız qola imza ataraq, növbəti mərhələyə adlayan tərəf olublar. Halbuki, meydan sahibi kimi “zadəganlar”ın şansları daha yüksək qiymətləndirilirdi.
“Arsenal” isə evdə “Manchester City” ilə üz-üzə gəlib. London təmsilçisi də doğma meydan amilindən yararlana bilməyib və növbəti mərhələyə Premyer Liqanın lideri adlayıb.
İkinci oyun günündə yalnız bir görüş baş tutacaq. “Manchester United” evdə “Crystal Palace” ilə dueldən qalib çıxmağa çalışacaq.
İngiltərə Liqa kuboku
1/4 final
29 noyabr
Cardiff City – Blackburn – 2:0
Qollar: Miller, 19, Cerard, 50.
Chelsea – Liverpool – 0:2
Qollar: Maksi Rodriqes, 58, Kelli, 63.
Matçın 22-ci dəqiqəsində qonaqların oyunçusu Karoll penaltidən yararlana bilməyib
Arsenal - Manchester City – 0:1
Qol: Aquero, 84.
30 noyabr
23:45. Manchester United - Crystal Palace
