30 noyabr 2011 14:00
Berti Foqts 2014-cü ilə kimi Azərbaycan millisində!
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elmar Qasımov, İskəndər Cavadov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Mirkamil Rəhimov və Cahangir Hacıyev iştirak edib.
Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla müqavilənin müddəti 2014-cü ilə qədər artırılsın.
2. “İnter”in “Şəfa” stadionunu satın alması ilə bağlı müraciəti müsbət cavablandırılsın, bununla bağlı müvafiq sənədlərin hazırlanması baş katibə həvalə olunsun.
3. Futbol veteranları Vaqif İbrahimov, Ədalət Cəfərov, Böyükağa Ağayev, Əziz Əliyev, Ağasəlim Mircavadov və Rüstəm Rəhimov AFFA-dan təqaüd alan veteranların siyahısına əlavə olunsun. Ağasəlim Mircavadov və Rüstəm Rəhimova təqaüdün verilməsi məsələsinə İcraiyyə Komitəsinin növbəti iclasında baxılsın.
