30 noyabr 2011 14:31
15-ci turun oyun cədvəli
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubları əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının 15-ci turunun oyunlarının başlama vaxtları və keçiriləcəyi stadionlar müəyyənləşib. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Qeyd edək ki, 15-ci turun bütün görüşləri eyni gündə keçiriləcək. Belə ki, altı qarşılaşmanın hamısı şənbə gününə təsadüf edəcək.
“Xəzər Lənkəran” – “İnter” və AZAL – “Bakı” görüşləri daha tez başlayacaq. Bu oyunların startından 1 saat sonra isə AZAL – “Bakı”, “Rəvan” – “Kəpəz”, “Neftçi” – “Simurq”, “Qəbələ” – “Sumqayıt Şəhər” və “Turan” – “Qarabağ” matçları başlayacaq.
Əvəzedicilərin çempionatı
15-ci tur
3 dekabr (şənbə)
“Xəzər Lənkəran” – “İnter”
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 13:00
AZAL – “Bakı”
“AZAL Arena” stadionu. Saat 13:00
“Rəvan” – “Kəpəz”
“Şəfa” stadionu, IV meydança. Saat 14:00
“Neftçi” – “Simurq”
“Dalğa Arena” stadionu. Saat 14:00
“Qəbələ” – “Sumqayıt Şəhər”
Qəbələ şəhər stadionu. Saat 14:00
“Turan” – “Qarabağ”
Tovuz rayonu, Qaraxanlı qəsəbə stadionu. Saat 14:00
