30 noyabr 2011 14:41
İsgəndər Cavadov: Foqtsun qalması heç nəyi dəyişməyəcək
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsla müqavilənin artırılmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Son iki tsikl dövründə AFFA yığma üçün hər cür şərait yaradıb. Amma inkişaf yoxdu. Mən düşünmürəm ki, Berti Foqtsla müqavilənin artırılması uğurlu nəticə qazanmağa şərait yaradacaq. Onun gedib-getməməsi onsuz da heç nəyi dəyişmir. Foqts böyük uğurlara imza ata bilməyəcək. Ən azı yığmamızın heyətini və Azərbaycan çempionatının səviyyəsinin aşağı olmasını nəzərə aldıqda, bunu görmək çətin deyil”.