30 noyabr 2011 16:31
AFFA daha bir turnir keçirəcək
AFFA və Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə daha bir turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, dekabrın 1-dən 3-dək Azərbaycan Texniki Universitetinin İdman Kompleksində eşitməqüsurlu əlillər arasında “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş futzal turniri keçiriləcək. Artıq turnirin təqvimi də məlumdu.
Təqvimi diqqətinizə çatdırırıq:
1 dekabr
Saat 10:00. Açılış mərasimi
Saat 10:30. Ümid – Birlik
Saat 11:30. Zirvə – Şimşək
2 dekabr
Saat 10:00. Zirvə – Birlik
Saat 11:00. Şimşək – Ümid
3 dekabr
Saat 10:00. Şimşək – Birlik
Saat 11:00. Ümid – Zirvə
Saat 12:30. Mükafatlandırma mərasimi
