30 noyabr 2011 15:47
Qurban Qurbanov: Oyunçularımızda gərginlik var idi
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində Ağdamda “Sumqayıt Şəhər” klubu ilə qarşılaşan yerli “Qarabağ” komandası rəqibini 3:0 hesabı ilə məğlub edərək yarışın növbəti mərhələsinə vəsiqə qazandı. Azerisport.az xəbər verir ki, görüşdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bunları dilə gətirib:
“Oyun çox gözəl keçdi. “Sumqayır Şəhər” klubunun baş məşqçisini belə komandaya sahib olduğuna görə təbrik edirəm. Ancaq bu komanda əsasən gənc futbolçulardan təşkil olunub. Bu gün “Sumqayıt Şəhər”in bəzi futbolçuları oyunda iştirak etmirdi. Bu komandanın gələcəkdə gözəl nailiyyətlər əldə edəcəyini düşünürəm. Komandamıza gəlincə, çempionat oyunlarında bu rəqiblə duellərimiz xal itkisiylə başa çatmışdı. Bu üzdən də müəyyən gərginlik var idi. Amma komandam meydana çıxıb öz oyununu oynadı və qələbə qazandı”.
