30 noyabr 2011 15:50
“Qarabağ gözəl oyun nümayiş etdirdi”
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində keçirilən “Qarabağ”la oyundan sonra “Sumqayıt Şəhər”in baş məşqçisi matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:3 hesablı yenilgisini belə şərh edib:
“Qarabağ” komandasını qələbə münasibətilə təbrik edirəm. Maraqlı oyun oldu. Rəqib futbolçular gözəl oyun nümayiş etdirdilər. Birinci hissədə “Qarabağ” qapımıza üç qol vurdu. Ancaq ikinci hissədə rəqibimiz demək olar ki, oyun göstərmədi və biz 0:3 hesabıyla məğlub olduq”.
