30 noyabr 2011 15:57
Fatih Kavlak: Səviyyə fərqi aşkar hiss olunurdu
Azərbaycan kubokunun 1/8 final mərhələsində birinci divizion təmsilçisi “Neftçala” ilə qarşılaşan “Qəbələ” doğma meydanda rəqibini 3:0 hesabı ilə məğlub edərək 1/4 finalda “Qarabağ”ın rəqibi oldu. Azerisport.az xəbər verir ki, oyundan sonra “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak bunları dilə gətirib:
“Neftçala” komandası bizim üçün tanımadığımız bir komanda idi. Oyun üslubu bizim üçün tanış deyildi, necə çıxış edəcəkləri bizim üçün məlum deyildi. Bu üzdən də oyuna ciddi hazırlaşmışdıq. İlk dəqiqələrdən öz oyunumuzu tapdıq və hər şey bizim üçün yaxşı alındı. Əlbəttə, səviyyə fərqi aşkar hiss olunurdu. Əsas məqsədimiz kuboku qazanmaqdı”.
