30 noyabr 2011 16:05
Mirbağır İsayev: Neftçi ilə qarşılaşmaq istərdim
Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsində “Kəpəz” doğma meydanda birinci divizion təmsilçisi “Bakılı” ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, rəqibini 2:0 hesabı ilə məğlub edən Gəncə təmsilçisi növbəti mərhələyə vəsiqə qazandı. Qarşılaşmadan sonra “Kəpəz”in baş məşqçisi Mirbağır İsayev bunları dilə gətirib:
“Bakılı” komandası bu gün müdafiəyə meylli futbol oynadı. Pis çıxış etmədilər. Öz futbolçularımdan da razı qaldım. Bu gün mənim 2-ci oyunum idi. Mən oyunçularımı ancaq meydanda oyunlar vaxtı sınaqdan keçirə bilirəm. 1/4 finalda “Neftçi” komandası ilə qarşılaşmaq istərdim”.
