30 noyabr 2011 16:25
“Bugünku oyunda bizə lazım olanı götürdük”
Bu gün keçirilən Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qəbələ”yə 3 cavabsız qolla məğlub olan birinci divizion təmsilçisi “Neftçala”nın baş məşqçisi Bəhram Şahquliyev matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qarşılaşmadan sonra bunları dilə gətirib:
“Bugünku oyunda bizə lazım olanı götürdük. Oyunçularımızı yoxlamaq baxımından belə oyun bizə lazım idi. Çünki, futbolçularımızın güclü rəqiblə nəyə qadir olduğunu bilmək istəyirdik. Heyətimizdə gənc futbolçularımız var. Gələcəkdə heyətdə müəyyən dəyişikliklər olacaq. Bacardığımız qədər irəli getmək istəyirik. Rəhbərlikdən tutmuş sıravi işçiyə kimi hər birimiz bu yöndə çalışırıq. Futbolçularımdan narazı qalmadım, oyunun sonunadək verdiyim taktika ilə oynadılar”.
