30 noyabr 2011 16:40
“Bu oyun bizim üçün o qədər vacib deyildi”
Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsində “Kəpəz”in qonağı olan və məğlubiyyətlə üzləşən birinci divizion təmsilçisi “Bakılı”nın nümayəndəsi Müşviq Novruzov matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2 cavabsız qolla uduzduqları görüşdən sonra bunları dilə gətirib:
“Mirbağır müəllimi “Kəpəz” komandasının baş məşqçisi olması münasibəti ilə təbrik edirəm. Bu oyun bizim üçün o qədər vacib deyildi. Birinci divizionun növbəti turunda “MKT-Araz”la qarşılaşacağıq. Turnir cədvəlində irəliləmək üçün o oyunda qalib gəlmək istəyirik”.
