30 noyabr 2011 17:30

Rövnəq Adullayev: Foqtsla bağlı qərarın düzgün olduğuna inanıram

İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasından sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:

“Bu gün bir neçə məsələ müzakirə olundu. Əsas məsələlərdən biri milli komandanın baş məşqçisinin müzakirəsi idi. İcraiyyə Komitəsinin bütün üzvləri baş məşqçi Berti Foqtsun müqaviləsinin artırılması fikrini bəyəndilər. Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılması barədə qərar qəbul etdik. Bu qərarın düzgün olduğuna və dünya çempionatının seçmə mərhələsində uğurlu nəticələr qazana biləcəyimizə inanıram.
 
Bildiyiniz kimi, bir neçə il əvvəl “Şəfa” stadionu “İnter” Peşəkar İdman Klubuna icarəyə verilmişdi və klub tərəfindən bu stadionun yenidən qurulması üçün xeyli iş görülüb, sərmayə yatırılıb. Mövcud müqaviləyə görə, klub stadionu tərk edəcəyi halda, AFFA sərf olunan sərmayəni kluba qaytarmalı idi. “İnter” klubu “Şəfa” stadionunu almaq istəyi ilə bağlı bizə müraciət etdi və qərara gəldik ki, stadionu bazar qiymətlərinə uyğun olaraq kluba sataq. Bu halda, klub sərmayəni artıq özünə məxsus olan stadiona yatıracaq. “Şəfa”nın satışından əldə olunan vəsait isə AFFA tərəfindən inşa olunan digər stadionlara sərf olunacaq. Bildiyiniz kimi, hazırda 8-ci kilometr və Bayıl qəsəbələrində AFFA tərəfindən stadionların tikintisi davam etdirilir”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.