30 noyabr 2011 18:35
1/4 finalın cütlükləri müəyyənləşdi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət bu mübarizə həm də növbəti mərhələdəki cütlüklərin aydınlaşmasına şərait yaradıb.
Düzdü, "İnter" - "Turan" oyunu başa çatmayıb. Amma oyundan imtina edən Tovuz klubu olduğundan, güman ki, bu komandaya texniki məğlubiyyət veriləcək və növbəti mərhələyə "İnter" adlayacaq.
1/4 finalda qarşılaşacaq cütlüklər aşağıdakılar olacaq:
Azərbaycan kuboku
1/4 final
Qəbələ - Qarabağ
Kəpəz – Neftçi
Bakı - AZAL
Bakı - AZAL
İnter - Turan cütünün qalibi - Xəzər Lənkəran
Qeyd edək ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları 7-8 mart 2011-ci il tarixlərində, cavab oyunları isə 13-14 mart 2011-ci il tarixlərində keçiriləcək.
