30 noyabr 2011 18:06
Mirkamil Rəhimov: Foqtsun fəaliyyətini qənaətbəxş sayıram
AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov bu gün keçirilmiş iclasdan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Berti Foqtsun Azərbaycan millisinin baş məşqçisi kimi fəaliyyətini müsbət hesab edirəm. Əlbəttə, deməzdim ki, görülən işlərdən tam razıyam. Müəyyən çatışmazlıqlar da var. Amma müvafiq dövr üçün Berti Foqtsun fəaliyyətini qənaətbəxş sayıram.
“Şəfa” stadionunun “İnter” klubuna satılmasını da çox müsbət addım sayıram. Çünki bu, klubun özünün stadionunun olmasına şərait yaradır”.
