30 noyabr 2011 18:11
Cahangir Hacıyev: Hər bir məşqçiyə vaxt vermək lazımdı
AFFA İcraiyyə Komitəsinin üzvü Cahangir Hacıyev bu gün keçirilmiş iclasdan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Hesab edirəm ki, hər bir məşqçiyə vaxt vermək lazımdır. Qısa müddət ərzində heç bir məşqçi lazımi nəticəni verə bilməz. Bunun üçün zamana ehtiyac var. Gənc və istedadlı futbolçu nəsli yetişdirilməlidi və fikrimcə, Berti Foqtsun rəhbərlik etdiyi məşqçilər korpusu bu istiqamətdə zəruri işləri həyata keçirir.
Bir neçə il öncə ölkəmizdə yaxşı səviyyədə stadiona rast gəlmək mümkün deyildi. Sevindirici haldır ki, son vaxtlar əksər klublarımızın stadionları inşa olunaraq istifadəyə verilib. “Şəfa” stadionunun “İnter” klubuna satılması ilə bağlı bu gün qəbul olunan qərarı düzgün sayıram. İndiyə qədər həmin stadiona klub tərəfindən xeyli sərmayə qoyulub və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyinə, “Şəfa”nın daha gözəl stadiona çevriləcəyinə inanıram”.
