30 noyabr 2011 18:23
“Foqtsla müqavilənin 2014-cü ilə qədər uzadılmasını dəstəkləyirəm”
AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov bu gün keçirilmiş iclasdan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Millinin baş məşqçisi Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər uzadılmasını dəstəkləyirəm. Çünki AFFA rəhbərliyi tərəfindən milli komandaya yaradılan hərtərəfli şəraitin müsbət bəhrəsini görmək üçün baş məşqçiyə vaxt verilməlidir. Onun Azərbaycan futbolunun inkişafı üçün görəcəyi işlərin çox olduğunu və qərarın düzgün qəbul edildiyini düşünürəm”.
