30 noyabr 2011 18:40
Rednik: Oyunçularıma riskə getməməyi söylədim
Azərbaycan kubokunun 1/8 final mərhələsində birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşan “Xəzər Lənkəran” rəqibini 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı. Azerisport.az xəbər verir ki, oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik bunları dilə gətirib:
“Kubokun hazırkı sahibiyik. Bu gün istəkli, əzmkar komandaya qarşı oynadıq. Rəqibimiz birinci divizionda turnir cədvəlinə liderlik edir. Bu oyun bizim üçün vacib idi. Çempionatda şans verə bilmədiyim oyunçuları sınadım. İkinci qolu vurduqdan sonra oyunçularıma riskə getməməyi söylədim. Rəqibə uğurlar arzulayıram. Ümid edirəm ki, növbəti mövsümdə Premyer Liqada görüşəcəyik”.
