30 noyabr 2011 18:46
Kazbek Tuayev: Berti Foqtsu dəstəklədim
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev bu gün keçirilmiş iclasdan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Berti Foqtsun müqaviləsinin artırılması təklifini dəstəklədim. Hesab edirəm ki, ötən müddət ərzində onun fəaliyyəti pis olmayıb. Millimizin Berti Foqtsun rəhbərliyi altında keçirdiyi oyunları xatırlayaq: Türkiyə millisi ilə ev və səfər oyunları, Belçika yığması ilə qarşılaşma, Qazaxıstan üzərində qazanılan gözəl qələbə.
“İnter” klubunun rəhbərliyinin “Şəfa” stadionunda çox böyük işlər görəcəyinə inanıram. Bütün bu işlər futbolumuzun inkişafı naminədi”.
