30 noyabr 2011 19:00
Elşad Nəsirov: Foqts milliyə yeni əhval-ruhiyyə gətirib
AFFA İcraiyyə Komitəsinin üzvü, qurumun birinci vitse-prezidenti Elşad Nəsirov bu gün keçirilmiş iclasdan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Berti Foqts milli komandaya nizam-intizam, əzmkarlıq və yeni əhval-ruhiyyə gətirib. Ona görə də beynəlxalq səviyyəli belə bir məşqçinin xidmətindən istifadə etməyimiz müsbət haldır. Mən İcraiyyə Komitəsi üzvlərinin bu məsələ ilə bağlı fikirlərini və qərarını yüksək dəyərləndirirəm”.
