30 noyabr 2011 19:11
İsgəndər Cavadov: İK-nın iclası demokratik şəraitdə keçdi
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov bu gün keçirilmiş iclasdan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“İcariyyə Komitəsinin bugünkü iclası demokratik şəraitdə keçdi. Hər birimiz müzakirə olunan məsələlər barədə fikrimizi bildirdik. Berti Foqtsun növbəti mövsümdə də millimizin baş məşqçisi vəzifəsində fəaliyyət göstərməsinə imkan verən qərar qəbul etdik. Ümumilikdə, Azərbaycan futbolunun səviyyəsi yüksəlməlidi ki, millinin baş məşqçisinin işi daha rahat olsun.
“Şəfa” stadionu ilə bağlı qəbul edilən qərar münasibətilə “İnter” klubunun rəhbərliyini təbrik edirəm. Bu qərarın qəbul olunması AFFA-nın klublara verdiyi dəstəyin təzahürüdü”.
