30 noyabr 2011 19:24
“İlk hissədə komandamız arxayınlaşmışdı”
Azərbaycan kubokunun 1/8 final mərhələsində Qusarın “Şahdağ” klubu ilə qarşılaşan AZAL İkinci hissədə vurduğu qollarla rəqibini məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı – 2:0. Azerisport.az xəbər verir ki, görüşdən sonra AZAL-ın məşqçisi Rafiq Mirzəyev bunları dilə gətirib:
“Gözəl oyuna görə “Şahdağ” komandasını təbrik edirəm. Komandalar sona qədər mübarizə apardılar. İlk hissədə komandamız arxayınlaşmışdı, lakin ikinci hissədə müəyyən dəyişikliklər etdik və qalib gəldik”.
