30 noyabr 2011 19:38
Aleksandr Starkov: Ən yaxşı oyunumuzu göstərmədik
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Bakı” - “Rəvan”la qarşılaşmasının əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatdığından qalib oyunsonrası penaltilərlə müəyyənləşdi və rəqibindən üstün olan “zolaqlılar” 1/4 finala vəsiqənin sahibi oldu. Azerisport.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi Aleksandr Starkov görüşdən sonra bunları dilə gətirib:
“Bərabər səviyyəli oyun oldu, qol imkanları çox deyildi. “Rəvan” çox güclü futbolçulardan təşkil olunmuş komandadır. Fikrimcə, ən yaxşı oyunumuzu göstərmədik. Buna səbəb isə son oyunda daha çox güc sərf etməyimiz və futbolçularımızın tam bərpa ola bilməməsidir. Komandama sonadək mübarizə apardıqları üçün təşəkkür edirəm. Oyunsonrası penaltilərdə qapıçımızın uğurlu çıxışını qeyd etməliyəm”.
