30 noyabr 2011 19:44
Böyükağa Hacıyev: Bu, Sergey Yuranın mənə qarşı hörmətsizliyidi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Qələbə qazandığımıza, mərhələ adladığımıza görə şadam. “Simurq”la səfərdə oynamaq çox çətindi. Amma uğur qazana bildik. Hakimin bizim oyunçunu niyə qovması, uzun müddət azlıqda saxlaması anlaşılmaz idi. Yaxşı ki, komandamız sona kimi dözə bildi. Əgər “Simurq” üç saat da oynasaydı, bizə qol vura bilməyəcəkdi. Yeri gəlmişkən, bu, Sergey Yuranın mənə qarşı ikinci hörmətsizliyidi. O, bundan əvvəlki oyunumuz zamanı da mətbuat konfransında mənimlə oturmaqdan imtina edmişdi”.