30 noyabr 2011 19:50
“Neftçini təbrik edirəm, amma bilmirəm nə üçün”
Azərbaycan kubokunun 1/8 final mərhələsində evdə “Neftçi”ni qəbul edən “Simurq” rəqibinə minimal hesabla uduzaraq, mübarizəni dayandırdı. Azerisport.az xəbər verir ki, oyundan sonra “Simurq”un baş məşqçisi Sergey Yuran bunları dilə gətirib:
“Mənə danışmaq çox çətindir. “Neftçi”nin oyunçuları yalandan yerdə uzanıb vaxt uzadırdılar. Lakin heç kimdə günah görmürəm, öz səhvimiz çox oldu. “Neftçi”ni təbrik edirəm, amma bilmirəm nə üçün. Artıq bütün fikrimizi çempionat oyunlarına yönəldəcəyik, qarşıda hələ uzun marafon var”.
