30 noyabr 2011 11:06
Yığmamız Maltada heç-heçəyə razılaşdı
Maltada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerispor.az xəbər verir ki, komandamızın rəqibi “Hibernian” klubunun U-19 komandası olub.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Aysun Əliyeva fərqlənib.
