1 dekabr 2011 13:17
Azərbaycan millisi üçün Windsor Parc Belfast (FOTO)
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə səfərdə keçirəcəyi oyunun stadionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, Şimali İrlandiya – Azərbaycan qarşılaşması Belfast şəhərindəki “Windsor Parc Belfast” stadionunda keçiriləcək.
Maraq üçün onu da əlavə edək ki, sözügedən görüş 2012-ci il noyabrın 14-də baş tutacaq.
