1 dekabr 2011 01:31
“Bizə belə hakimlik lazım deyil”
“Turan”ın yarımmüdafiəçisi Romal Hüseynov Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İnter”lə yarımçıq qalan oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Turan”ın prezidenti dedi ki, ikinci hissəyə çıxmayaq. O düz deyirdi. Onsuz da elə hakimliklə oynamaq bizə heç nə verməyəcəkdi. Hakim klubumuza qarşı heç də düzgün olmayan qərarlar verirdi. İlk qolu öz səhvimizdən buraxdıq. Amma ikinci qolda top xətti keçməmişdi. Bizə belə hakimlik lazım deyil. Belə hakimliklə Azərbaycan çempionatının səviyyəsi heç vaxt qalxa bilməz”.