1 dekabr 2011 01:35
Qalmaqalın qəhrəmanı: Top qapı xəttini keçmişdi
“İnter”in yarımmüdafiəçisi Asif Mirili Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Turan”la oyununda rəqibin qapısından keçirdiyi qol epizodu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, böyük qalmaqala səbəb olan epizodun qəhrəmanı bunları dilə gətirib:
“Mən başla zərbə endirdim, qapıçı topu tutmağa çalışdı, lakin bunu bacarmadı və top qapı xəttini keçdi. Aydın görünürdü ki, top qapıçı kimi qapı xəttindən uzaqda idi. Bütün bunları yan xətt hakimi müşahidə edirdi və doğru olaraq da qol olduğunu göstərdi. Bu qol qaydalara uyğun vurulmuşdu”.
