1 dekabr 2011 01:41
Neftçi də hakimliklə bağlı protest verdi
Məlum olduğu kimi, "Neftçi" PFK Azərbaycan kubokunun 1/8 final mərhələsində "Simurq"la qarşılaşdı. Azerisport.az xəbər verir ki, “flaqman” Zaqatalada baş tutan görüşdə 1:0 hesabı ilə qələbə qazanaraq, 1/4 finala yüksəldi.
Lakin "Neftçi" klubu matçın hakimliyindən narazı qalaraq, oyunun protokolunda etirazını qeyd edib. Belə ki, komandanın 6 futbolçusunu - Cavid Hüseynov, Denis Silva, Slavço Georgiyevski, Rauf Mehdiyev, İqor Mitreski və Ruslan Abışovu sarı vərəqə ilə cəzalandıran hakim matçın 30-cu dəqiqəsində yarımmüdafiəçi Flavinyoya qırmızı vərəqə göstərərək, onu meydançadan kənarlaşdırıb.
