1 dekabr 2011 01:47
İqor Mitreski: Mən belə idarəçilik görməmişəm
"Neftçi"nin müdafiəçisi İqor Mitreski Azərbaycan kubokunun "Simurq"la oyunundan sonra klubun rəsmi saytına fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
"Gərgin oyun alındı. Komanda yoldaşlarımla birgə sona kimi mübarizə apardıq. Təəssüf ki, hakim idarəçiliyi haqda eyni sözləri deyə bilməyəcəm. Referi ən adi epizodlarda sarı vərəqəyə əl atırdı. Avropa təcrübəmə əsaslanıb deyə bilərəm ki, mən belə idarəçilik görməmişəm. İstənilən halda qələbə qazandıq və gücümüzü hamıya nümayiş etdirdik".