1 dekabr 2011 01:50
Georgiyevski: Hakimin bəzi qərarları məni təəccübləndirdi
"Neftçi"nin yarımmüdafiəçisi Slavço Georgiyevski Azərbaycan kubokunun "Simurq"la oyunundan sonra klubun rəsmi saytına fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
"Çox maraqlı və gərgin oyun alındı. Lakin hakimin bəzi qərarları məni təəccübləndirdi. Yeri gəldi-gəlmədi "Neftçi"nin futbolçularını vərəqələrə "qonaq edirdi". Bir epizodda rəqib futbolçunun kobud oynadığı barədə fikrimi sakit tərzdə hakimə bildirirərkən, mənə sarı vərəqə göstərdi. Flavinyo qırmızı vərəqə ilə cəzlandırıldığından, 30-cu dəqiqədən sonra bir nəfər azlıqda mübarizə apardıq. Deyirlər ki, hakimlər "Neftçi"yə kömək edir. Budur kömək?! "Simurq"u 10 nəfərlə keçdik, növbəti oyunlarda da öz gücümüzü ortaya qoyacağıq".
