1 dekabr 2011 01:52
Flavinyo: Hakimlər rəqib futbolçunun simulyasiyasına aldandı
"Neftçi"nin yarımmüdafiəçisi Flavinyo Azərbaycan kubokunun "Simurq"la oyunundan sonra klubun rəsmi saytına fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu 1:0 hesabıyla qələbə qazandıqları və 30-cu dəqiqəsində meydandan qovulduğu görüşdən sonra bunları dilə gətirib:
"Yaxşı olardı ki, "Simurq"la matçda sona kimi komandama kömək edə biləydim. Təəssüf ki, hakimlər 30-cu dəqiqədə rəqib futbolçunun simulyasiyasına aldandı və mənə qırmızı vərəqə göstərildi. Necə olur ki, belə oyunlardan sonra hakimlərin "Neftçi"yə kömək etdiyini deyirlər. Hər halda komanda yoldaşlarıma minnətdaram ki, qələbəni əldən vermədilər".
