1 dekabr 2011 15:30
İqor Ponomaryov: Foqtslu yığmada 4 ildə heç nə dəyişməyib
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov azerisport.az saytına müsahibəsində yığma komandamızın növbəti tsikldəki şanslarından, eləcə də Berti Foqtsun işindən danışıb.
- Siz hələ də futboldan kənarda qalmaqdasız?
- Bəli, istirahətim hələ davam edir. Oğlum Anatolinin işlərinin yaxşı getməsi məni sevindirir. O, karyerasını bitirəndən sonra menecer kimi fəaliyyət göstərir. Tez-tez dünyanın müxtəlif şəhərlərində olur. Hazırda İngiltərənin bir klubu ilə danışıqlar aparır. Hələlik, onun işlədiyi futbolçunun adını açıqlamaq istəmirəm. Amma əgər transfer baş tutsa, açıqlaram.

- Bu yaxınlarda yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşdi. Təqvimi necə dəyərləndirərdiz?
- Fikrimcə, təqvim bizim komanda üçün bir o qədər də vacib əhəmiyyət kəsb etmir. Məni hər dəfə rəqiblərimizi lazımınca qiymətləndirməməyimiz narahat edir. Mətbuatı oxuyuram və görürəm ki, çoxları startda baş tutacaq görüşdə İsraildən üç xal alacağımızı düşünür. Heç bilirsiz bu, necə komandadı? Gəlin real danışaq. Mütləq qələbə qazanacağımıza dair fikirlərlə yaşamaq lazım deyil. Biz sadəcə meydana çıxıb, bacardığımızı nümayiş etdirməliyik. Yadınızdadımı, “Simurq”la “Bnei Yehuda” arasındakı oyundan əvvəl onların baş məşqçisi Bakıdakı mətbuat konfransında az qala ağlamağa qalırdı ki, biz çox zəifik. Amma həmin komandayla mübarizədə “Simurq” heç nə edə bilmədi, “Bney Yehuda” isə az qala qrup mərhələsinə vəsiqə qazanacaqdı. Odu ki, oyuna qədər qələbə qazanacağıq demək lazım deyil.

- Deməli, birinci kiminlə oynamağın fərqi yoxdu?
- Bu, futboldu, hər şey ola bilər. Bizim qrupda bütün rəqiblər güclüdülər. Zəif komanda yoxdu. Hətta autsayderdən də sürpriz gözləməyə dəyər. Yaxşı hazırlaşmaq və futbol göstərmək lazımdı.

- Bəs yığmadan hansı nəticəni gözləmək olar?
- Mən realistəm. Son tsikli yada salsaq, komandanın qarşısına yüksək hədəflər qoymaq mümkünsüzdü. Yığma 6-7 xal yığacaq. Artığını gözləmirəm. Son iki ildə nə bacarmışıq? Sadəcə, evdə Türkiyəni udmuşuq. Özü də təsadüfən. Bunu unutmaq olmaz.

- Qrupumuzda altıncı səbətdən gələn Lüksemburq da var...
- Hətta Lüksemburq yığması da artıq hər oyunda qələbəyə çalışır. Siz elə bilirsiz ki, onlar bizə məğlub olmağa hazırlaşırlar? Mən yenə deyirəm, biz yığmamızdan böyük uğur gözləyə bilmərik. Əgər komandamız inkişaf etsəydi, bunu hamımız görərdik. 13-14 futbolçu var ki, komandamızın hər oyununa çağırılır. Bu da komandadakı rəqabətin zəif olduğunu göstərir. Vaxt lazımdı ki, aşağıdan müəyyən qrup komandaya qoşulsun.
- Sizcə, son 4 ildə Berti Foqtslu yığmada nə dəyişib?
- Heç nə dəyişməyb. Yığma necə oynayırdısa, indi də elədi. Mən böyük dəyişiklik görmürəm.

- Bəs millinin sükanı arxasına kimin gəlməsini istərdiniz?
- Sual düzgün ünvanlanmayıb. Hər şey AFFA-dan asılıdı. Futbolun inkişafına onlar cavabdehdi, bunu da onlar daha yaxşı bilərlər.

- Çoxları Qurban Qurbanovu bu posta namizəd görür...
- Niyə də olmasın? Onun 40 yaşı var və “Qarabağ”da da yaxşı işlər görür. Özü də Qurban öz futbolumuzun yetirməsidi. Artıq təcrübə də qazanıb. Yığmanı ona etibar etmək olardı.
- Vaqif Cavadovun yığmadan kənarda qalmasına münasibətiniz?
- Fikrimcə, onu bu şəkildə buraxmağa dəymir. Onu dəvət etmək, hər şeyi yoluna qoymaq olar. Ondan imtina etmək lazım deyil. Bizim o qədər də çox futbolçumuz yoxdu. Hər kəsin səhvi olur. Əsas səhvi başa düşmək lazımdı və elə etmək lazımdı ki, hər iki tərəf razılığa gəlsin.