1 dekabr 2011 15:52

Katalin Domandan üçqat yubiley

Azərbaycan kubokunun 1/8 final oyunu “Xəzər Lənkəran” üçün bir sıra yubileylərlə əlamətdar olub. Azerisport.az xəbər verir ki, “Qaradağ Lökbatan”la qarşılaşma komandanın tarixində 50-ci kubok oyunu olmaqla yanaşı digər məqamlarla da diqqət çəkib. Bu matçlarda 33 qələbə, 9 heç-heçə və cəmi 8 məğlubiyyəti olan “Xəzər Lənkəran” 108 qol vurub və 35-ni buraxıb.
 
“Xəzər Lənkəran”ın 3:0 hesabı ilə qalib gəldiyi oyunun əsas qəhrəmanı olan Katalin Doman 2 qol vurmaqla həm də 3 yubileyə imza atıb. Birincisi bu oyun rumıniyalının komandasının heyətində 40-cı oyunu olub.
 
İkincisi isə Domanın matçda vurduğu sonuncu qol “Xəzər Lənkəran”ın Azərbaycan kubokunun ev oyunlarında rəqib qapısından keçirdiyi 60-cı qol olub. Cənublu futbolçular buna cəmi 11 qol buraxdıqları 23 matçda nail olublar.
 
Domanla bağlı 3-cü yubiley isə onun dubla imza atmasıdır. Belə ki, bu dubl “Xəzər Lənkəran” tarixində 60-cı dubl olub. İlk dəfə komanda üçün 1 oyunda 2 qol vuran rumıniyalı bunu bacaran 31-ci futbolçu olub. Bu dublların 39-u ölkə çempionatı, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb. Dubllar üzrə rekordçu isə 8 dəfə buna nail olan seleksiyaçı məşqçi Zaur Ramazanovdu. Katalin “Xəzər Lənkəran”ın 3-cü rumıniyalısı olub ki, 1 oyunda 2 qol vurub. Ona qədər Klaudiu Radukanu 2, Robert İlyeş 1 dəfə bunu bacarmışdı.
 
“Xəzər Lənkəran”da dubla imza atanlar
8 - Zaur Ramazanov (2-si kubokda)
5 - Vüqar Nadirov (4-ü kubokda)
4 - Samir Əliyev (1-i kubokda)
3 - Allan Lalin
3 - Edmand Ntiamoa
3 - İvan Tsvetkov (1-i kubokda)
3 - Rahid Əmirquliyev (1-i Birlik kubokunda)
2 - Ceyhun Sultanov (1-i kubokda)
2 - Emin Quliyev
2 - Klaudianu Radukanu (2-si kubokda)
2 - Mario Souza (1-i Birlik kubokunda)
2 - Oqtay Dərəlioğlu
2 - Rəşad Abdullayev (1-i kubokda)
2 - Romulo Silvano
1 - Alim Qurbanov
1 - Bəxtiyar Musayev
1 – Branimir Subaşiç
1 - Elvin Beqiri
1 – Emeka Opara
1 - Əhməd Dursun
1 - Xaqani Məmmədov
1 - İlqar Qurbanov (1-i kubokda)
1 - Junior Osvaldo (1-i kubokda)
1 - Katalin Doman (1-i kubokda)
1 - Mahmud Qurbanov (1-i kubokda)
1 - Marinko Petkoviç (1-i kubokda)
1 - Nadir Nəbiyev (1-i Birlik kubokunda)
1 - Paşa Əliyev
1 - Robert İlyeş (1-i kubokda)
1 - Uinston Parks
1 - Yakuba Bamba
 
Domanla bağlı yubileylərdən başqa daha bir neçə futbolçu üçün Suraxanı qəsəbə stadionundakı görüş əlamətdar olub. Alim Qurbanov komandaвa 175-ci, kapitan Rahid Əmirquliyev 170-ci matçını keçirib. Antonio Semedo isə 10-cu dəfə “ağ-yaşıl” formanı geyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.