1 dekabr 2011 17:26
Premyer Liqada növbəti baş məşqçi istefası
İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb. Azerisport.az xəbər verir ki, "Sunderland" baş məşqçisi Stiv Bryüsü postundan uzaqlaşdırıb.
Klubun prezidenti Ellis Şort açıqlamasıqda qərarı belə şərh edib: "Klubumuzun maraqlarını düşünmək prezident olaraq mənim vəzifəmdi. Bu qərarı verməyin asan olmadığını hər kəsin bilməsini istəyirəm".
Qeyd edək ki, "Sunderland" keçirdiyi 13 oyunda cəmi 11 xal qazanıb və 16-ci pillədə qərarlaşıb. Komandaya rəhbərlik müvəqəti olaraq Erik Blaka tapşırılıb.
50 yaşlı ingilis mütəxəssis Bryüs "Sunderland"dan əvvəl İngiltərənin "Sheffild United", "Huddersfild", "Vigan", "Cristall Palace" və "Birmingham" klublarını çalışdırıb. İndi onun boşaltdığı postun Martin O`Nil tərəfindən tutulacağı bildirilir.
