1 dekabr 2011 22:35
Qarabağ Turanla oyuna Gəncədə hazırlaşır
“Qarabağ” artıq Gəncədədi. Azerisport.az xəbər verir ki, dünən ölkə kubokunun 1/8 final mərhələsində “Sumqayıt Şəhər”lə qarşılaşan və 3:0-lıq qələbə qazanaraq növbəti mərhələyə yüksələn komanda bu gün Azərbaycanın 2-ci şəhərinə hərəkət edib.
Dekabrın 4-də Premyer Liqanın növbəti turunda Tovuzda “Turan”ın qonağı olacaq bu komanda hazırlıqlarını məhz Gəncədə davam etdirəcək. 19 futbolçuyla səfərə yollana komandada atasının vəfatıyla əlaqədar olaraq vətənində olan Ansi Aqolli artıq düşərgədədi.
Komanda bu gün Gəncə şəhər stadionunda günün tək məşqini edib. Çalışmada futbolçular elə də çox yüklənməyib. Komanda oyun gününə qədər hazırlıqlarını Gəncədə davam etdirdikdən sonra matç günü Tovuza yollanacaq.
